Almaniyada 2012-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Madrid "Real"ının türk əsilli futbolçusu Almaniya Futbol İttifaqının keçirdiyi sorğuda hər kəsi qabaqlayaraq birinci olub. 24 yaşlı futbolçu səslərin 33 faizini toplayıb.
Özilin ən yaxın izləyicisi 14 faizlə “Latsio”nun hücumçusu Miroslav Kloze tutub. Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Markus Roys 21 faizlə 3-cü olub.
