Almaniya millisinin qapıçısı Manuel Noyer zədələnib.
Korner.az-ın məlumatına görə, “Bavariya”nın 28 yaşlı qolkiperi Münhenqladbax “Borussiya”sına qarşı matçdan sonra dizində ağrı hiss edib. Bu səbəbdən onun Avstraliya ilə yoxlama görüşünü buraxacağı açıqlanıb.
Məlumatda bildirilib ki, Noyer iki gün ərzində məşq etməyəcək. O, cümə axşamından etibarən məşqlərə başlayacaq.
