Almaniya qrupda qaldı, Braziliya lider kimi 1/8 finalda!
27.06.2018 , 19:36

Bu gün dünya çempionatında daha 4 oyun keçiriləcək. Bu dəfə E və F qruplarında mübarizəyə yekun vurulacaq.
F qrupunun lideri Meksika İsveçlə qarşılaşacaq. Cənubi Koreya ilə üz-üzə gələcək Bundestim mütləq qələbə qazanmalıdır. Almaniya kimi Asiya təmsilçisi də meydana 3 xal üçün çıxacaq. E qrupunda isə 3 komandanın 1/8 final şansı var. Əsas diqqətlər Serbiya – Braziliya matçına yönələcək. Burada qalib gələn tərəf pley-offa çıxacaq. Mərhələ adlamaq üçün Braziliyanı 1 xal da qane edir.
Dünya çempionatı
III tur
27 iyun
F qrupu
18:00. Cənubi Koreya – Almaniya 2:0
Baş hakim: Mark Geyger (ABŞ)
Kazan. “Kazan Arena”
18:00. Meksika – İsveç 0:3
Baş hakim: Nestor Pitana (Argentina)
Yekaterinburq. “Yekaterinburq Arena”
E qrupu
22:00. Serbiya – Braziliya 0:2
Baş hakim: Alireza Faqani (İran)
Moskva. “Spartak” stadionu
22:00. İsveçrə – Kosta-Rika 2:2
Baş hakim: Klemen Turpin (Fransa)
Nijni Novqorod. Mərkəzi stadion
