Almaniya və Belçika qalib gəldi, Xorvatiyadan gözlənilməz məğlubiyyət
25.03.2019 , 10:23

“AÇ-2020”-nin seçmə mərhələsində 2-ci tura start verilib.
C, E, G və İ qruplarında ümumilikdə 10 görüş baş tutub.
C qrupunda Almaniya səfərdə Hollandiya yığmasını 3:2 hesabı ilə məğlub edib. Qrupun digər görüşündə isə Şimali İrlandiya Belarusdan üstün olub – 2:1.
E qrupunda Uels millisi Slovakiya seçməsinə 1:0 hesabı qalib gəlib. Yer aldığı qrupun favoriti hesab olunan Xorvatiya kollektivi isə Macarıstanla görüşdən məğlub ayrılıb – 2:1
G qrupuunda da ötən gecə maraqlı görüşlər baş tutub. Azərbaycanlı hakim Əliyar Aağayevin idarə etdiyi görüş Polşa millisinin Latviya üzərində 2:0 hesablı qələbəsi ilə başa çatıb. İsrail gözlənilmədən Avstriya millisini məğlub edib. Eran Zahavinin 3 top vurduğu görüşdə meydan sahibləri 4-2 hesabı ilə qalib gəlib. Qrupun son görüşündə isə Sloveniya Makedoniya ilə sülh bağlayıb – 1:1
İ qrupunda keçirilən bütün görüşlər qonaq komandaların qələbəsi ilə yekunlaşıb. Rusiya yığması Qazaxıstan millisinin qapısından 4 cavabsız top keçirib. San Marino – Şotlandiya və Kipr – Belçika görüşləri isə qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
AVRO-2020
24 mart, bazar
C qrupu
Şimali İrlandiya 2–1 Belarus
Qollar: Conni Evans – 30, Coş Maqennis – 87, İqor Staseviç – 33
Hollandiya 2–3 Almaniya
Qollar: Matteis de Liqt – 48, Memfis Depay – 63 – Leroy Sane – 15, Serj Qnabri – 34, Niko Şults – 90
E qrupu
Uels 1–0 Slovakiya
Qollar: Daniel Ceyms – 5
Macarıstan 2–1 Xorvatiya
Qollar: Adam Şalai – 34, Mate Patkai – 76 – Ante Rebiç – 13
G qrupu
İsrail 4–2 Avstriya
Qollar: Eran Zahavi – 34, 45, 55, Munas Dabbur – 66, Marko Arnautoviç – 8, 75
Polşa 2–0 Latviya
Qollar: Robert Levandovski – 76, Kamil Qlik – 84
Sloveniya 1–1 Makedoniya
Qollar: Miha Zayts – 34, Enis Bardi – 47
İ qrupu
Qazaxıstan 0–4 Rusiya
Qollar: Denis Çerışev – 19, 45, Artem Dzyuba – 52, Abzal Beysebekov – 62
San-Marino 0–2 Şotlandiya
Qollar: Kenni Maklin – 4, Conni Rassel – 74
Kipr 0–2 Belçika
Qollar: Eden Hazard – 10, Mişi Batşuayi – 18
