Almaniyada həvəskar liqasında yarışan "Türkspor" klubu yerli azarkeşlərin hörmətini qazanıb.
Korner.az-ın məlumatına görə, “Türkspor” rəqibinə böyük jest edib.
Belə ki, rəqibin 8 oyunçusunun zədələnməsinə görə 3:0 hesablı texniki qələbədən imtina edən komanda oyunu təxirə salmağı seçib. 3 ay sonra keçirilən qarşılaşmada isə 1:2 hesabı ilə məğlub olan “Türkspor” çempionluqdan məhrum olub.
Bütün almanların rəğbətini qazanan klubun masa arxasında deyil, meydanda çempion olmaq istəkləri Federasiya tərəfindən də qiymətlənib. Bu hadisədən sonra bölgə federasiyası “Türkspor”u “Fair-Play mükafatı” ilə qiymətləndirib.
