Almaniyanın “Bavariya” klubu bundan sonra ölkənin digər təmsilçisi
və əzəli rəqibi olar “Borusiya
Dortmund”dan futbolçu transfer etməmək qərarına gəlib.
Korner.az-ın məlumatına görə, Münhen klubunun rəhbərliyi
bundan sonra “Borusiya Dortmund”dan futbolçu transfer etməyəcəyini deyib.
Klubun iddiasına görə bu “Bavariya”nın daha da güclü
olmasına gətirib çıxaracaq.
Qeyd edək ki, “Bavariya” buna qədər artıq Mario Götze və
Robert Levandovski kimi futbolçuları “Borusiya”dan transfer edib. Levandovski gələn
mövsümdən etibarən “Bavariya” forması geyinəcək.
