Almaniya nəhəngi “Barselona”dan futbolçu gətirir
19.04.2024 , 22:00

“Bavariya”nın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, klub “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqu heyətinə cəlb etməyi planlaşdırır.
Onun hazırkı “Barselona” ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.
26 yaşlı futbolçu 29 oyunda 2 dəfə fərqlənib.
