Almaniya millisindən baş məşqçi qərarı
09.04.2024 , 23:54

Almaniya Futbol Federasiyası (DFB) rəhbərliyi baş məşqçi Yulian Naqelsmann ilə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayacaq.
Korner.az xəbər verir ki, mütəxəssis yekun seçimini Avropa Çempionatından əvvəl etmək istəyir.
O, ya Almaniya millisində davam edəcək, ya da “Bavariya” klubunu seçəcək.
