Almaniya millisində itki
22.03.2019 , 17:44

Almaniya millisində itki baş verib. Yığmanın müdafiəçisi Lukas Klostermann zədələnib.
Almaniya millisinin mətbuat xidməti Klostermannın Serbiya ilə keçirilən yoxlama görüşündə (1:1) zədələndiyini və millinin düşərgəsini tərk etdiyini açıqlayıb.
Almaniya yığması AÇ-2020-nin seçmə mərhələsində martın 24-də Hollandiya ilə qarşılaşacaq.
