Almaniya millisi “Avro-2016″dakı yarımfinal matçına itkilərlə çıxacaq.
Korner.az-ın məlumatına görə, Yoahim Lövün 3 əsas heyət oyunçusu sıradan çıxıb.
Bunlar Mats Hummels, Mario Qomez və Sami Xediradır. Hummels 2-ci sarı kartı aldığına görə, Qomez və Xedira isə zədələndiklərinə görə iyulun 7-dəki oyunu buraxmalı olacaqlar.
Almaniyanı yarımfinalda Fransa – İslandiya cütünün qalibi ilə qarşılaşacaq.
