Almaniya millisi ciddi itki ilə üzləşib. Bundestimin aparıcı oyunçularından olan Məsut Özil zədələnib.
Komandanın baş məşqçisi Yoahim Löv Almaniya mətbbuatına açıqlamasında Özilin DÇ-2018-in ilk turunda Meksika ilə matçda oynamayacağını bildirib.
Qeyd edək ki, iyunun 17-də keçiriləcək Almaniya – Meksika qarşılaşması Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
