Almaniya millisində ciddi itki
04.10.2024 , 22:35

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala sıradan çıxıb.
Korner.az xəbər verir ki, o, UEFA Millətlər Liqası matçlarında Almaniya millisinə kömək edə bilməyəcək.
21 yaşlı futbolçu zədə səbəbindən heyətdən kənar qalacaq.
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Musialanı “Ştutqart”dan Ceymi Levelinqi ilə əvəzləyəcək.
