Dünya Futbolu

Almaniya millisi məşqçisiz qaldı

31.05.2019 , 13:37

Almaniya millisinin baş məşqçisi Yoahim Löv xəstəxanaya yerləşdirilib.

“Bild”in  yaydığı xəbərə görə, onun məşqlərdən birində aldığı zədədən sonra qan dövranında problem yaranıb. Bu səbəbdən 59 yaşlı mütəxəssis Frayburqda xəstəxanaya aparılıb.

Bildirilir ki, səhhətindəki problemlərə görə Löv Avro-2020-nin seçmə mərhələsində Belarus (8 iyun) və Estoniya (11 iyun) ilə matçları buraxacaq. (qol.az)

Son yazılar

Yuxarı