Polşada keçirilən 21 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi bəlli olub.
Bu, Almaniya millisidir.
Həlledici oyunda İspaniya ilə qarşılaşan Bundestim 1:0 hesablı qələbə qazanaraq qızıl medallara sahib olub.
Oyunda yeganə qolu matçın 40-cı dəqiqəsində Mitçel Vayzer vurub.
Bu, Almaniyanın U-21 yığma səviyyəsində ikinci Avropa çempionluğudur. Komanda bu titulu ilk dəfə 2009-cu ildə qazanmışdı.
