Almaniya kuboku: yarımfinal təxirə salındı
28.03.2020 , 16:48

Almaniya kubokunun yarımfinal mərhələsinin oyunları təxirə salınıb.
Korner.az xəbər verir ki, aprelin 21-i və 22-də keçirilməli olan yarımfinal görüşləri qeyri-müəyyən müddətə təxirə salınıb.
Xatırladaq ki, Almaniya kubokunda finala vəsiqə uğrunda “Bavariya” Frankfurt “Ayntraxt”ı ilə, “Bayer” də “Saarbrüken”lə qarşılaşacaq.
