Almaniya kuboku ilə bağlı qərar verildi
24.04.2020 , 18:53

Almaniya kubokunun final oyununun vaxtı dəyişdirilib.
Korner.az xəbər verir ki, matçın koronavirus pandemiyasına görə təxirə salındığı bildirilib.
Yarımfinal mərhələsinin “Bavariya” – “Ayntraxt” və “Saarbrükken” – “Bayer Leverkuzen” görüşlərinin də nə vaxt baş tutacağı bilinmir.
Xatırladaq ki, final qarşılaşması mayın 23-də keçirilməli idi.
