Almaniya klubunun sabiq futbolçusu vəfat etdi
16.04.2024 , 19:44

“Ayntraxt”ın sabiq futbolçusu Bernd Hölzenbeyn vəfat edib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, 78 yaşında uzun sürən ağır xəstəlikdən dünyasını dəyişib.
Hölzenbeyn 1974-cü ildə Almaniya millisinin heyətində dünya çempionluğunu qazanıb.
