Almaniya klubundan yeni transfer
30.04.2025 , 14:55

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Almaniya komandası “Bayer”in mərkəz hücumçusu Artyom Stepanovu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı oyunçu “Nürnberq”də 2025/26 mövsümünü icarə əsasında çıxış edəcək.
