Almaniya klubundan yeni transfer
09.04.2025 , 09:45

“Leyptsiq” yeni transferini həyata keçirib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi Belçikanın “Aud-Heverle Loven” klubundan yarımmüdafiəçi Ezekil Banzuzini heyətinə cəlb edib.
Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı niderlandlı futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.
“Leyptsiq” bu keçid üçün 15 milyon avro ödəyib. O, yeni komandasına yayda qoşulacaq.
