Almaniya klubundan İngiltərəyə?
18.03.2025 , 15:45

“Ayntraxt”ın hücumçusu Huqo Ekitike karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Korner.az xəbər verir ki, fransalı futbolçunun xidmətində “Mançester Yunayted”in maraqlı olduğu iddia olunur.
22 yaşlı oyunçu özü də bu keçidə müsbət baxır.
Forvardın hazırda transfer dəyəri 80 milyon avro olaraq qiymətləndirilir.
