Almaniya klubundan ayrılır, İngiltərəyə gedir
11.03.2025 , 22:59

“Ayntraxt”ın (Frankfurt) hücumçusu Huqo Ekitiike İngiltərə klubunun hədəfinə düşüb.
Korner.az xəbər verir ki, futbolçunun xidmətində “Nyukasl”ın maraqlı olduğu iddia olunur.
22 yaşlı oyunçu özü də Premyer Liqa klubuna keçməkdə istəklidir.
Fransalı futbolçunun transfer dəyəri hazırda 80 milyon avro olaraq qiymətləndirilir.
