Almaniya klubu Seskonu onunla əvəzləyir
17.06.2025 , 13:55

“Göztepe”də çıxış edən Romuloya üçün Almaniyadan talib çıxıb.
Korner.az xəbər verir ki, braziliyalı hücumçunun xidmətində “Leyptsiq” yaxından maraqlıdır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Leyptsiq” Romulonu Seskonun komandadan ayrılacağı təqdirdə, əvəzləyicisi olaraq görür.
Xəbərdə, futbolçu ilə ilkin əlaqənin baş tutduğu və oyunçunun Almaniya komandasına getməyə müsbət yanaşdığı qeyd olunub.
Son mövsümdə “Göztəpə”də 33 matçda meydana çıxan 23 yaşlı hücumçu 17 qol vurub, 10 məhsuldar ötürmə edib.
