Almaniya klubu millimizin futbolçusu ilə danışıqlara başlayıb
12.05.2022 , 11:10

Almaniyanın “Ertsgebirge” klubu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovla danışıqlara başlayıb.
Korner.az-ın məlumatına görə, Aue təmsilçisi 32 yaşlı hücumçunu komandada saxlamaq istəyir.
Klub prezidenti Helge Leonhardt müqaviləsi başa çatan 12 oyunçudan 7-nin komandada qala biləcəyini söyləyib. Rəhbərlik heyətdəki bir neçə təcrübəli futbolçunu saxlamaq niyyətindədir. Lakin hələlik onların heç biri ilə razılıq əldə olunmayıb.
