Almaniya klubu Marmuşun yoxluğunu onunla doldurdu
24.01.2025 , 22:54

“Ayntraxt” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Marsel”dən Elye Vaini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı hücumçu ilə 2023-cu ilin yayına kimi müqavilə imzalanıb.
Bu keçid Almaniya klubuna 26+3 milyon avroya başa gəlib.
