Almaniya klubu “Lion”dan onu istəyir
05.08.2024 , 23:12

“Leyptsiq”in yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Lion”da çıxış edən Rayan Çerkini heyətinə qatmağa hazırlaşır.
Xəbərdə, Almaniya klubu oyunçunu Dani Olmoya alternativ olaraq görür.
Digər tərəfdən, “Lion”un 20 yaşlı 10 nömrə üçün 15-20 milyon avro arası transfer haqqı istədiyi bildirilir.
Gənc futbolçu “Lion”da 141 oyun keçirib, 17 qol və 25 məhsuldar ötürmə edib.
