Almaniya klubu baş məşqçini istefaya göndərdi
30.03.2025 , 13:40

“Leyptsiq” baş məşqçisi Marko Rouzla yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssislə yanaşı, onun məşqçilər heyəti – Aleksandr Zikler, Marko Kurt, Frank Heydek və Frenk Eqiq də istefaya göndərilib.
Rouz 2022-ci ilin sentyabrından “Leyptsiq”i çalışdırırdı.
