“Avro-2016”da 1/4 finalın oyunları davam edir.
Korner.az-ın məlumatına görə, bu gün daha bir yarımfinalçının adı məlum olacaq.
Almaniya və İtaliya milliləri üz-üzə gələcək. Erkən final adlandırılan görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu oyunda qalib gələn komanda yarımfinalda Fransa – İslaniya cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, artıq ilk yarımfinalçılar bəllidir. Final uğrunda Uels və Portulqaliya milliləri mübarizə aparacaq.
2 iyul
23:00. Almaniya* – İtaliya – 1:1
Penaltilər: 7:6
Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimləri: Qyorqi Rinq, Ventsel Tot
Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)
