big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Almaniya Hollandiyanı məğlub etsə, çempion olacaq!

08.06.2012 , 12:44

Hər böyük turnir ərəfəsində futbolsevərləri bir sual düşündürür: hansı komanda çempion olacaq?
Bəzən tarix təkrarlanır. Qruplarda qarşılaşacaq komandaların əvvəlki görüşlərinin nəticələri və rəqiblər arasındakı ənənələr əsasında Avro-2012 üçün “Hansı komanda çempion olacaq” sualına cavab tapmağa çalışdım. İpucuna B qrupunda rast gəldim və araşdırmalar nəticəsində belə bir proqnoz vermək mümkündür: turnirin taleyi iyunun 13-də Xarkovda keçiriləcək Hollandiya – Almaniya oyununda müəyyənləşə bilər.

A qrupu
Polşa
Yunanıstan
Rusiya
Çexiya

Ənənələr bu qrupda Çexiya və Yunanıstan komandalarının işinin çətin olacağını göstərir.
Diqqət edin: Çexiya/Çexoslovakiya yığması 1976-cı ilin aprel ayından sonra (AÇ-1996 da daxil olmaqla) Rusiya/SSRİ komandasını, 1984-ci ildən sonra (AÇ-2004 də daxil olmaqla) isə Yunanıstanı məğlub edə bilmir. Yunanıstana gəlincə, bu komanda da 1987-ci ildən sonra Polşa, 1993-cü ildən sonra isə Rusiya yığmalarına qalib gələ bilmir. Amma məlumdur ki, bu ənənə yunanların 2004-cü ildə Avrupa çempionluğunu qazanmalarına mane olmayıb. Yunanıstan yığmasının o turnirdə ruslara 1:2 hesabı ilə uduzduğunu da xatırladaq.
AÇ-2012-nin öz özlkəsində keçirilməsinin üstünlüyünə sahib olan Polşanın isə son 50 ildə Yunanıstan və Çexiya/Çexoslovakiya komandaları ilə evdə keçirdiyi bütün oyunlarda qələbə qazanması, Rusiya/SSRİ yığmasına isə məğlub olmaması diqqəti çəkən məqamlardandır.

B qrupu
Hollandiya
Danimarka
Almaniya
Portuqaliya

Almaniya! Portuqaliya, yoxsa Hollandiya? Tarix “Portuqaliya” deyir… Portuqaliya yığması 1991-ci ildən sonra Hollandiyaya məğlub olmur və Avropa (2004) və dünya (2006) çempionatlarında bu rəqibinə qalib gələrək ən azı yarımfinala yüksəlir. Eyni zamanda, portuqaliyalılar Almaniyaya uduzmayanda da yarımfinala çıxa bilirlər. Məsələn, 1984 və 2000-ci illərin Avrupa çempionatlarında belə olub. Almaniya isə Portuqaliyanı məğlub etdiyi turnirlərdə “ilk 3”ə düşür (DÇ-2006 və AÇ-2008), bu rəqibə qalib gəlmədikdə isə… qrupdan çıxa bilmir. Bəli, bəli, 1984 və 2000-ci illərin Avropa çempionatları bu faktı təsdiqləyir. Bundan başqa, Almaniya yığması qarşısına Danimarkanın çıxdığı bütün turnirlərdə ən azı yarımfinala yüksəlib. Almanların bu rəqibə məğlub olduqları yarışlarda belə vitse-çempionluğu qazanmaları da çox maraqlı bir faktdır. Nümunə olaraq DÇ-1986 və AÇ-1992-ni göstərmək olar. Danimarka milli komandasının 1996-cı ildən sonra Almaniyaya məğlub olmaması da diqqəti çəkən məqamlardandır.

Amma Almaniya yığmasının taleyini ən yaxşı Hollandiya ilə qarşılaşmalar müəyyənləşdirir. Belə ki, almanlar hollandiyalıları məğlub etdikləri bütün
turnirlərdə çempion olublar. Bu fakt 1974 və 1990-cı illərin dünya, həmçinin 1980-ci ilin Avropa çempionatlarında öz təsdiqini tapıb. “Die Mannschaft”ın Hollandiyanı 1974-cü ildə finalda 2:1, 1980-ci ildə qrupda 3:2, 1990-cı ildə isə 1/8 finalda 2:1 hesabı ilə məğlub etdiyini də xatırladaq.

Beləcə tarixi ənənəyə əsaslanaraq bu nəticəyə gələ bilərik: Almaniya Avro-2012-də Hollandiyaya qalib gəlsə, çempion olacaq! Bu rəqiblərin 2011-ci il noyabrın 15-də ən son yoldaşlıq görüşlərinin nəticəsi – almanların 3:0 hesabı ilə qələbə qazanmaları da Mesut Özil və oyundaşlarının “narıncılar”I məğlub etmə şanslarının böyük olduğunu göstərir.

Hollandiya milli komandasının da Almaniyaya uduzmadığı turnirlərdə ən azı “ilk 4-lük”də yer aldığını qeyd edək. 1978-ci ilin dünya, eyni zamanda 1988, 1992 və 2004-cü illərin Avropa çempionatlarını dediklərimizə misal gətirmək olar.

Bundan başqa, Hollandiya yığması 1967-ci ildən sonra Danimarkaya məğlub olmur (penaltilər seriyasını nəzərə almasaq). Eyni zamanda hollandiyalılar yollarına danimarkalıların çıxdığı bütün turnirlərdə ən azı yarımfinala kimi irəliləyirlər. AÇ-1992, AÇ-2000 və DÇ-2010 bu faktı təsdiqləyir.
Tarix göstərir ki, Danimarka milli komandası isə Hollandiyaya məğlub olduğu zaman mütləq halda qrupdan çıxa bilmir. AÇ-2000-də başlayan bu ənənə
DÇ-2010-da da davam edib.

C qrupu
İspaniya
İtaliya
İrlandiya
Xorvatiya

Rəqiblərin daha əvvəl öz aralarında keçirdikləri oyunların nəticələri İspaniya və İrlandiya komandalarının daha şanslı olduqlarına işarə verir. Diqqət edin…
İspaniya yığması böyük turnirlərdə İtaliyaya ilk dəfə AÇ-2008-də penaltilər seriyasında qalib gəlib və o turnirdə də çempion olub. Bundan başqa, ispanlar
1989-cu ildən sonra İrlandiya (eyni zamanda DÇ-2002-də), 1994-cü ildən sonra isə Xorvatiyaya uduzmurlar.
İrlandiya milli komandası da 1999-cu ildən sonra Xorvatiya, 2005-ci ildən sonra isə İtaliyaya məğlub olmur.
Xorvatiya yığmasının 1994-cu ildən bəri İtaliyaya məğlub olmaması (eyni zamanda DÇ-2002-də) da ayrı bir ənənəyə çevrilib.
Amma İtaliya milli komandası İspaniyanı məğlub etsə, işlər dəyişə bilər. Belə olan halda “Squadra Azzurra” ən azı yarımfinala çıxır. Buna misal olaraq 1934 və 1994-cü illərin dünya, həmçinin 1988-ci ilin Avropa çempionatlarını göstərmək mümkündür.

D qrupu
Ukrayna
İsveç
Fransa
İngiltərə

Fransa qrupun açıq-aşkar favoritidir. Fransızların rəqibləri ilə mübarizələrdə müsbət ənənələrə sahib olmaları bu qənaətə gəlməyə əsas verir. Fransa yığması Ukraynaya heç vaxt, İsveçə 1969-cu ildən sonra (eyni zamanda AÇ-1992-də), İngiltərəyə də 1997-ci ildən sonra (AÇ-2004 də daxil olmaqla) məğlub olmayıb. Məsələn, Loran Blanın komandası bir il əvvəl – 2011-ci il iyunun 6-da ukraynalılarla Donetskdəki son yoldaşlıq qarşılaşmasında da 4:1 kimi böyük bir hesabla qələbə qazanıb.

Amma bir məsələ də var ki, Fransa yığması rəsmi turnirlərdə ingilislərlə oyunlarda qol vura bilmədikdə qrupdan çıxa bilmir. 1966-cı ilin dünya və 1992-ci ilin Avropa çempionatları bu faktı təsdiqləyir.

Rasim MÖVSÜMOV

FIFA Ballon d’Or və UEFA Best Player in Europe mükafatlarının jüri üzvü

Son yazılar

To Top