“Bavariya”nın sabiq baş məşqçisi Dettmar Kramer dünyasını dəyişib.
Korner.az-ın məlumatna görə, təcrübəli mütəxəssis 90 yaşında vəfat edib.
Mərhumun rəhbərliyi altında “Bavariya” 2 dəfə (1975 və 1976) Avropa Çempionları Kubokunu və 1 dəfə (1976) Qitələrarası kuboku qazanıb.
Kramer həmçinin Misir, ABŞ, Malayziya, Tailand millilərinin, “Herta”, “Ayntraxt” (Frankfurt) və “Bayer Leverkuzen”i çalışdırıb.
