Almaniya Futbol Assosiasiyasının müvəqqəti prezidenti Rayner Kox DÇ-2006-ya ev sahibliyi hüququnu qanundankənar yolla aldıqlarını dolayısı ilə etiraf edib.
Korner.az-ın məlumatına görə, o bu yola məcburiyyətdən əl atdıqlarını deyib.
"DÇ-2006-nın Almaniyada keçirilməsi üçün çox iş gördük. Mundiala ev sahibliyi FİFA-da qara işlərin görüldüyü dövrə düşmüşdü. Ona görə də təmiz yolla bu hüququ qazanmaq çox çətin idi. Bizim hərəkətlərimizin imkan verilən həddi aşıb-aşmadığını araşdırmalar göstərəcək. Ancaq FİFA-dakı qalmaqal vəziyyəti dəyişə bilər", – deyə Kox bildirib.
