Ötən axşam Almaniya Bundesliqasında XIII turun oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.
"Fortuna Düsseldorf" öz meydanında "Hamburq"u qəbul edib. Doğma meydanda qələbə qazanmaqda çətinlik çəkən Düsseldorf təmsilçisi bu həsrətə "Hamburq"la matçda son verib. Hər hissədə bir qol vuran meydan sahibləri 3 xalı aktivlərinə yazıblar – 2:0.
23 noyabr
Almaniya Bundesliqası, XIII turun oyunları
"Fortuna Düsseldorf" – "Hamburq" – 2:0
Qollar: Kruse, 45 (1:0), Reysinger, 64 (2:0)
24 noyabr
"Greuther Furs" – "Nürnberq"
"Şalke" – "Ayntraxt"
"Bavariya" – "Hannover"
"Volfsburq" – "Verder" (Bremen)
"Mainz" – "Borussiya" (Dortmund)
25 noyabr
"Frayburq" – "Ştuttqart"
"Augsburq" – "Borussiya" (Münhenqladbax)
"Hoffenhaym" – "Bayer" (Leverkuzen)
