AÇ-2016-nın seçmə mərhələsində Cəbəllütariqlə oyuna hazırlıq görən Almaniya millisinin ABŞ-la yoxlama matçı üçün genişləndirilmiş heyəti açıqlanıb.
Korner.az-ın məlumatına görə, baş məşqçi Yoahim Löv sözügedən qarşılaşmalar üçün yığma komandaya Manuel Noyer, Tomas Müller və Toni Krossu cəlb etməyib.
Belə ki, təcrübəli mütəxəssis milli komandaya aşağıdakı futbolçuları dəvət edib:
Qapıçılar: Roman Vaydenfeller ("Borussiya" Dortmund), Ron-Robert Çiler ("Hannover")
Müdafiəçilər: Erik Durm, Mats Hummels (hər ikisi "Borussiya" Dortmund), Jerom Boatenq ("Bavariya"), Antonio Ryudiqer ("Ştutqart"), Yonas Hektor ("Köln"), Şkordan Mustafi ("Valensiya")
Yarımmüdafiəçilər: Patrik Herrmann, Kristof Kramer (hər ikisi "Borussiya" Münhenqladbax), İlkay Gündoğan ("Borussiya" Dortmund), Andre Şürrle ("Volfsburq"), Sebastyan Rudi ("Hoffenhaym"), Bastian Şvaynştayqer ("Bavariya"), Məsut Özil ("Arsenal"), Sami Xedira ("Real" Madrid)
Hücumçular: Maks Kruze ("Borussiya" Münhenqladbax), Mario Qötze ("Bavariya"), Lukaş Podolski ("İnter")
