Çempionlar Liqasının 1/8 finalında PSJ ilə qarşılaşacaq “Bayer” qış fasiləsi üçün ilk transferini gerçəkləşdirib.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Almaniya təmsilçisi “Çedju Yunayted”in yapon futbolçu Ryu-Senq-Voonu 1 illik icarəyə götürüb.
Qeyd edək ki, hücumçu bu il baş tutan U-20-nin dünya çempionatında ölkəsinin futbol millisində 3 matçda forma geyib və 2 qol vurub.
