Almaniyanın “Hannover” klubunun iki futbolçusu oğurluq etməyə cəhd edib.
Korner.az-ın məlumatına görə, bu xəbər “Spiegel Online” nəşri yazıb.
Mənbədə deyilir ki, uşaq futbol akademiyasının iki üzvü dünən gecə qaz tapançaları ilə silahlanıb yerli kazinoların birinə hücum edib. Lakin sonradan fikirlərindən daşınıb. Buna baxmayaraq onlar klub məşqlərindən azad edilib.
