Almaniyanın “Ştutqart” klubunun məşq bazasında bomba tapılıb. Meydançanın ot örütüyü dəyişdirilərkən II Dünya Müharibəsindən qalan bomba aşkarlanıb.
Mütəxəssislər çəkisi 50 kq olan mərmini zərərsizləşdiriblər.
Qeyd edək ki, 2009-cu ildə “Ştutqart”ın ev oyunlarını keçirdiyi “Mercedes-Benz Arena”da yenidənqurma işləri aparılan zaman da 34 bomba tapılıb.
