“Fortuna” millimizin üzvü Tuğrul Eratla yeni müqavilə imzalayacaq.
Korner.az-ın məlumatına görə, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, yayda “Fortuna”nın 11 futbolçusu ilə müqaviləsi bitəcək. Klub rəhbərliyi oqnlardan bəziləri ilə yeni anlaşma imzalamaq istəyir. Onlardan biri də Tuğrul Erat olacaq.
Qeyd edək ki, Tuğrul “Fortuna”nın əsas heyətinə dekabrda cəlb olunub. O, bu müddətdə II Bundesliqada 9 oyuna çıxaraq 810 dəqiqə oynayıb və 2 qol vurub.
