“Roma”nın almaniyalı futbolçusu Antonio Rudiger “Çelsi”nin təklifini rədd edib.
Korner.az-ın məlumatına görə, bu barədə “La Gazetta dello Sport” nəşri yazıb.
“Zadəganlar” 23 yaşlı futbolçunu qışda heyətinə cəlb etmək niyyətində idi. Lakin “Roma” rəhbərliyi futbolçunu bu mövsüm də klubda saxlamağı planlaşdırır.
