Alleqri: “Ronaldo səviyyəsini göstərdi”
11.04.2019 , 18:02

“Yuventus” klubunun baş məşqçisi Maks Alleqri Çempionlar Liqasında “Ayaks” klubuna qarşı keçirdikləri oyunla bağlı danışıb.
Sərfəli nəticə əldə etdiklərini vurğulayan italiyalı çalışdırıcı Kriştiano Ronaldonu tərifləyib.
“Ayaks” kimi kluba qarşı səfərdə sərfəli nəticə qazanmaq çox yaxşıdır. Kriştiano Ronaldo bu gün bir daha öz səviyyəsini ortaya qoydu. Onun göstərdiyi oyun digərlərindən fərqləndiyini sübut edir.”
Qeyd edək ki. görüş 1:1 hesabı başa çatıb.
