Alleqri: “Ronaldo “Ayaks” ilə görüşə çatmaya bilər”
02.04.2019 , 15:30

“Yuventus” klubunun baş məşqçisi Maks Alleqri Kriştiano Ronaldonun son vəziyyəti ilə bağlı danışıb.
İtaliyalı çalışdırıcı Ronaldonun müalicə prosesinin yaxşı getdiyini, lakin “Ayaks” ilə görüşə çıxa bilməmə təhlükəsi olduğunu deyib.
“Kriştiano geri qayıtmaq üçün çox çalışır. Müalicə prosesi uğurla davam edir. Ancaq onun “Ayaks” ilə keçiləcək görüşə çatması çətin görünür.
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Ayaks” doğma meydanda “Yuventus”u qəbul edəcək. Görüş aprelin 10-u Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
