Alleqri “Milan”la 200-cü dəfə meydanda
09.01.2026 , 13:30
İtaliya A Seriyasının 19-cu turunda “Milan” və “Cenoa” komandaları üz-üzə gəlib.
Korner.az xəbər verir ki, bu oyun “Milan”ın baş məşqçisi Massimiliano Alleqri üçün xüsusi olub.
Belə ki, mütəxəssis klubun başında 200-cü matçına çıxıb.
Görüş 1:1 hesabı ilə yekunlaşıb, “Milan” isə 200-cü oyunu münasibətilə Alleqrini təbrik edib.
Qeyd edək ki, Alleqri 2010-2014-cü illərdə də “Milan”ı çalışdırıb. O, karyerası ərzində “Yuventus”, “Kalyari”, “Sassuolo” və digər komandaları da idarə edib, 6 dəfə A Seriyasını, 5 dəfə İtaliya Kubokunu və 3 dəfə İtaliya Superkubokunu qazanıb.