Alleqri: “Bu qələbəyə layiq idik”
13.03.2019 , 11:38

“Yuventus”un baş məşqçisi Maksimiliano Alleqri Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Atletiko” Madrid klubuna qarşı aldıqları parlaq qələbəni şərh edib.
İstədikləri oyunu oynayıb, lazımlı qələbə qazandıqlarını vurğulayan Alleqri oyunçulardan razı qalıbş
“İlk görüş bizim üçün uğursuz alınmışdı. Texniki və fiziki olaraq nə qədər yaxşı olduğumuzu göstərə bildik. Bu gecə möhtəşəm oynayıb, layiqli şəkildə mərhələ adladıq”.
Qeyd edək ki, “Atletiko” Madrid ilk görüşdə 2-0 hesabı ilə qalib gəlsə də, cavab qarşılaşmasında 3-0 hesablı qələbə qazanan “Yuventus” 1/4 finala vəsiqə qazanıb.
