“Yuventus” komandasının baş məşqçisi Massimiliani Alleqri dünənki “Real” matçını (1:1) şərh edib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis gözəl oynadıqlarını bildirib:
“Real” çətin və güclü komandadı. Onların təkcə 10 dəqiqə ərzində göstərdikləri enerjili oyun bunu deməyə əsas verir. Amma mənim futbolçularım yaxşı müdafiə olundular. İmkan düşən kimi qol vəziyyətləri yaradırdıq. Morata yavaş-yavaş dahiləşir. O günü-gündən inkişaf edir. Hələ öz potensialının yarısını göstərir”
Alleqri “Barselona”ya öyrəşdiklərini də deyib:
“Rəqib hazırda çox gözəl seriya yaxalayıb. Güclü kollektivləri var. Amma mən “Barselona” ilə oynamağa alışmışam. 4 il ərizndə onlarla 8 dəfə görüşmüşəm. Bizim gözəl komandamız yetişib və mən onlarla fəxr edirəm. İnanıram ki, “Barselona” səddini də keçə biləcəyik”
