"Xəzər Lənkəran"ın ikinci qolundan sonra klubun prezidenti Mais Mənsimov əlini stadiona tərəf uzadaraq sevinə-sevinə: "Allah var e, bişərəf" – deyib.
Korner.az-ın məlumatına görə, ondan aşağıda oturan "Neftçi"nin mühafizəçisi və Böyükağa Hacıyev dönərək ona baxıblar.
Lənkəranlı idarəçilər araya girərək münaqişəni sakitləşdiriblər.
