"Sumqayıt" Futbol Klubunun əvəzedici komandasının məşqçisi Mübariz Orucovun ailəsinə ağır itki üz verib. Çalışdırıcının oğlu Ayxan Orucov dünyasını dəyişib.
Qeyd edək ki, Ayxan Orucov "Sumqayıt" FK-nun U-14 komandasının kapitanı olub.
"Sumqayıt" Futbol Klubu və Korner.az saytının kollektivi futbolçunun vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
