Alisson: “Məni onunla müqayisə etməyin”
13.03.2019 , 12:32

“Liverpul” klubunun braziliyalı qapışısı Alisson Bekker “Bavariya” ilə oyun öncəsi mətbuatın suallarını cavablandırıb.
Almaniyaya növbəti mərhələ üçün gəldiklərini deyən braziliyalı qapıçı Noyer ilə müqayisə olunmasından danışıb.
“Noyer ilə müqayisə olunmağım düzgün deyil. Noyer 10 ildən çoxdur ki, yüksək səviyyədə çıxış edir. Mən isə hələ indi başlayıram.”
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək “Bavariya” – “Liverpul” görüşü bu gecə saat 00:00-da baş tutacaq.
