Topaz Premyer Liqasının VII turu Kemal Alispahiçin “Rəvan” klubunun baş məşqçi postunda debütü ilə əlamətdar oldu. 2009/10 mövsümündə “Muğan”da çalışmış bosniya və herseqovinalı 3 ildən sonra Azərbaycan çempionatına qayıtdı.
Korner.az-ın məlumatına görə, onun ölkəmizdəki son oyunu 2009-cu il noyabrın 29-da səfərdə “Standard”la qarşılaşma olmuşdu. Həmin vaxt 0:1 hesablı məğlubiyyətlə ölkəmizi tərk edən Alispahiç 1036 gündən sonra qayıdışayıdışında “Kəpəz”ə 1:2 hesabı ilə uduzdu.
Azərbaycanda 2 klubda baş məşqçi kimi çalışan mütəxəssislər sırasına düşən bosniya və herseqovinalı buna nail olan 5-ci çalışdırıcı oldu. Alispahiçədək Rasim Kara “Xəzər Lənkəran” və “Qarabağ”, Kaxaber Sxadadze “Standard” və “İnter”, Cüneyt Biçer “Bakı” və “Xəzər Lənkəran”, Cokiça Haciyevski “Bakı” və “Simurq”da çalışmaqla bunu bacarmışdı.
