big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Alınmadı, Vaqif müəllim, alınmadı…

25.05.2013 , 09:32

AFFA-nın binasında oturanların gecələr gördükləri yuxulara görə şəkillənən, dəyişən, ildən-ilə yeniləşnən, formatlaşan futbol yarışı, adı gözəl, özü gözəl, Premyer Liqamız yekunlaşdı. Yarışın qalibi dəyişmədi. Sonuncular da elə keçənilkilərin eynisidi. Nəhayət futbolu 35 yaşından sonra öyərnməyə başlayan futbol funksionerləri ilk baxışdan azərbaycanlılara ağlamalı, kədərli hadisə kimi görünən “qərb hüznü” ilə barışdılar.

 

Nə olduqları naməlum iki klubumuz, futbolumuzun romantiklərinə görə, Məkkəmiz, pirimiz – Gəncəmiz, Tovuzumuz “Kəpəz”imiz, “Turan”ımız elitadan getdi. 

Bezdirmişidlər milləti. O biri 12 kluba nisbətdə başağrısı idilər. Elmir Əliyev, Namiq Məstənov üçün iş yeri funskiyası daşımaqdan başqa faydaları yox idi xalq əhlinə. Ölümə məhkum xəstə nə qədər də əziz olsa, nəticədə xəstədi. Rövnəq məllimin turbasından süni nəfəsi bağladılar, komadakı iki klub canını tapşırdı. Sözüm onda yox… 

Ötən Premyer Liqanı şəxsən mənim üçün maraqlı edən sima Vaqif Sadıqov idi. Bu onun günümüzə qədər dördüncü klub karyerası idi. Sadıqovu azərbaycanlı futbolsevər yığma məşqçisi kimi tanıyır. Mətbuata görə isə o, həm də “bəxtsiz məşqçi” imici qazanıb. Çalışır, vuruşur, futbolu bəlkə də Azərbaycanda hamıdan çox bilir, əvvəl haqqında “gənc məşqçi” yazırdılar, indi gənc də deyil. Öz nəsli arasında hamıdan təcrübəlidi. Xüsusi ilə də Sadıqovu bundan əvvəlki Rusiya karyerası daha da maraqlı etmişdi. “Anji” də dostu Hacı Hacıyevlə işlədi. Mahaçqala klubunun intibah dövrünü yaşadı. Dünya səviyyəli ulduzlarla bir meydançada tər tökdü. Sadıqov onsuz da peşəkar məşqçi idi. Rusiya onu biraz da təkmilləşdirmişdi. Özü də çox şey öyrəndiyini deyirdi. 

Söz vədəsinə çəkər, keçən ilin bu vaxtı idi. Qubaya jurnalistlərin iştiraki ilə semminara getmişdim. Telefonlaşdıq. AZAL ilə müqavilə bağladığını dedi. Təbrik etdim. 

Sadıqovun AZAL-da işə başlamasına sevinmişdim. Həm ona görə ki, bu səviyyədə məşqçilərin ölkədə işləməsini təqdirəlayiq hal sayıram, həm də, mənə Sadıqovun Rusiyadan qayıtmış formasının nə edəcəyi xüsusi maraqlı idi. 
İnsafən, AZAL-ın ötən ilin yay dönəmindəki hazırlıq mərhələsi digər klublardan köklü fərqlənirdi. Sadıqov əvvəl əsas komandadan ayrı seleksiya məşqləri təyin etdi. 50 dən çox yerli və əcnəbi futbolçunu sınaqdan keçirdi. Ondan sonra seçdikləri futbolçuları bir müddət Bakıda hazırladı, ardınca da ənənəvi ölkə xaricində təlim məşq planı icra edildi. 
AZAL yarışa gözlənildiyi kimi də başladı. 6 tur ardıcıl qələbə. Məntiqi olaraq, Sadıqov gündəmin adamı, AZAL da ən populyar komanda olmuşdu. Ardınca, Berti Foqtsun yığma üçün məşhur uzunmüddətli fasiləsi yarışı yarımçıq kəsdi. Sadıqov bu mərhələdə komandası “soyumasın” deyə yenidən Türkiyəyə təlim məşq toplanışına getmək istədi. Alınmadı. Və bununla da eləbil estafeti “gənc məşqçi”dən aldılar. Hər növbəti oyundan sonra uğursuzluqdan çıxmaq üçün bir qələbəyə ehtiyac duyduqlarını dedi. Alınmadı. “6-lığ”a düşmək üçün son turlara qədər iddialı danışdı. Alınmadı. 

Sadıqov uğurlu estafeti yenidən əlinə götürəndə komandası artıq ikinci “6-lıq”da mübarizə aparmağa məhkum idi. Medianın yadına AZAL və onun baş məşqçisi bir də “təyyarəçilər” ümumi xal hesabında bir sıra ilk “6-lıq”dakı komandaları qabaqladıqdan sonra düşdü. 

Bütün bu qısa təfsilatın məntiqi yekunu yenə də bir söz ilə ifadə edlə bilir: “Alınmadı”! 
Təbii, sadəcə “alınmadı” deyib, üstündən də bu məşqçinin “bəxtsiz” olması xatirəsinin gündəmə gətirib mövzunu qapatmaq da olar. Ən asanı budu. Ancaq gəlin, səmimi olaq: Vaqif Sadıqov asan münasibətə layiq məşqçidimi? Təbii ki, yox. 
Onda bu “alınmadı”nın səbəbləri haqda geniş müzakirələr açmaq lazımdı. 
Vaqif Sadıqov gələcəyin komandasının qurduğunu tez-tez təkrar edirdi. İndi açın AZAL-ın heyətini, baxn: bu adamın əlində keçmişdə qurduğu komanda qalıbmı? 
Nildo, Zoahir Benuhadi “Xəzər Lənkəran”a keçdi, Viktor İbekoyi getdi, Usim Nduka getdi, Orxan Səfiyaroğlu, Tagim Novruzov “Simurq”la müqavilə bağladı, Əli getdi, Vəli getdi… Bəs kim qaldı? 
Çox maraqlıdı, bu qədər futbolçu həqiqətənmi Sadıqovun növbəti il üçün planında yox idi? Əgər yox idisə, onda o, hansı məqsədlə bu gün gələcəyin komandasına sahib olduğundan danışırdı?! 
Sadıqov nə danışdığını bilir. Məqsəd bu idi. Ancaq o klubda yeni-köhnə Vaqif da peyda olumuşdu. Ənənəvi vitse-prezident – Nazim Süleymanovu bitirən, Elxan Abdullayevi itirən, Rafiq Mirzəyevi hörmətdən salıb Aqil Nəbiyəvin dilinin altında 

boğan Qasımov Vaqif. Və zənnimcə AZAL rəhbərliyinin ən yaraşan, ən xaraktercə oturan adamı! Uzun müddət idi ortalıqdan çəkilmişdi. Klubun bazasında arada-sırada oğluna rast gələ bilirdik. Qayıtdı, qaytarıldı. Çünkü klubda Vaqif Sadıqov hakimiyyəti bir çoxlarının böyük ehtimalla xoşuna gəlmirdi. Sadıqovun “6-lıq”a düşməsi, AZAL-ın Avrokuboklara getməsi əsas məsələ deyil.Çörəkpulu qazanmaq lazımdı! 

Məsəl üçün, Veliçkanın transferindən pul qazana bilməmisənsə, o özünü doğrultmadığı halda hücumçuya verilən pulların havaya sovrulduğunu hesab etməlisən. Nildo özünü doğrultmasaydı, onun da tranferindən cibinə pul getməyib deyə, bu da Vaqif Sadıqovun səhvi kimi qələmə veriləcəydi. Bir də həmin Sadıqovun bundan əvvəl komandadan göndərdiyi bir çox futbolçu ilə möhtərəm rəhbərlərin maaş ortaqlığı pozulmuşdu. Maaş ortaqlığı olanda isə futbolçu mövsüm ərzində yaxşı da oynasa əla transfer sayılır, pis də oynasa. Sadıqov bu şeylərə imkan verməyəndə, rəhbərlərin “çörəkpulu problemi” yaranır. Nəticə isə göz qabağındadı… 

AZAL-da keçmişin komandası qalmadı. Təəssüf edirəm ki, o qədər əziyyət, o qədər iş dağılır. Onsuzda Sadıqov məhdud büdcə ilə yığmışdı həmin komandanı. Məsələn, “Simurq”un, “Rəvan”ın imkanları belə AZAL-dan daha yaxşı idi. Baş məşqçinin növbəti mövsümə istədiyi kimi hazırlaşacağına da ümid etmirəm. 

Təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerində fərqli klublar, fərqli klub idarəçilikləri müşahidə etdim. Heç kim inciməsin, olduğunu deyəcəm, AZAL bunların içərsində ən problemlisi, ən zəifidi. 
Kor-kor, gör-gör, AZAL-da qurulmuş komanda dağılır. Dağılırsa, deməli yenidən qurulmalı olacaq. Mən bilən 1 illik komanda qurmaq isə Sadıqova lazım deyildi. Bəs, səbəb? 
Mənim üçün Vaqif Sadıqov azərbaycanlı məşqçi olmaqdan başqa, həm də dostdu. Bilirəm, bu yazıya münasibətlər də fərqli olacaq. Hərə öz vicdanı ilə mühakimə edilir. Bunları deməliydim, dedim. Ancaq məndən daha artığı deyilməlidi. Media bu məsələni uzun ələyib, yaxşı yoğurmalıdı. Sadıqov iş yerinə xəyanət edən adam deyil. Sabah, o birisi gün, ordan getsə belə hər şeyi deməyəcək. Hər şeyi demək olmur. 
Biz onun heç, “Neftçi”dən niyə getdiyini də bilmirik. 

Vaqif Sadıqova görə üzülürəm. Təəssüf ki, alınmadı! Yenə alınmadı…

Rəsul ŞÜKÜRSOY

Son yazılar

To Top