İtaliya millisinin və “Yuventus”un futbolçusu Corcio Kyellini 3 ildir təhsil aldığı Turin Universitetindən məzun olub.
Korner.az-ın məlumatına görə, universiteti iqtisadiyyat ixtisası üzrə bitirib.
Məzun şəklini sosial şəbəkədəki hesabında paylaşan Kyellini bunları yazıb: “Nəhayət! Bütün imtahanlarımı verdim. 3 il ərzində bu kitablar mənə çox kömək oldu”.
Qeyd edək ki, “Yuventus” da M.Kyellini rəsmi “Facebook” vasitəsi ilə təbrik edib.
