Alexandro Pozo: “3 xal qazanmaq çox vacibdir”
27.11.2019 , 18:49

“Oyunu səbirsizliklə gözləyirik. 3 xal qazanmaq çox vacibdir”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Sevilya”nın futbolçusu Alexandro Pozo Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunöncəsi mətbuat konfransında deyib.
20 yaşlı yarımmüdafiəçi baş məşqçi Xulen Lopeteqinin inkişafında xüsusi rola malik olduğunu bildirib: “Onunla eyni klubda olmaq fəxrdir. Lopeteqinin öyrətdiklərini tətbiq etməyə çalışıram. Ümid edirəm ki, uzun illər onun rəhbərliyi altında oynayaram”.
Gənc oyunçu sabahkı qarşılaşmada iştirak edəcəyinə inanır: “Meydanda olmağı çox istəyirəm. Az oyun şansı əldə edənlər sabahkı matça daha böyük ümidlə baxırlar”.
Qeyd edək ki, “Sevilya” – “Qarabağ” matçına sabah saat 00:00-da start veriləcək.
