Futbol

Alesiodan qələbə şərhi

05.03.2021 , 00:41

“Slovakiyaya qarşı yaxşı oynamamışdıq. Moldova yığmasının isə necə oynayacağını bilirdik. Buna görə də uşaqlara diqqətli olmağı, erkən qol vurmağı tapşırmışdım. Çünki hesabı tez açsaq, növbəti qolları da vuracaqdıq”.

Korner.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio evdə Moldova seçməsini 5:1 hesabı ilə məğlub etdikləri Avropa çempionatının seçmə mərhələsinin oyunundan sonra federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Braziliyalı mütəxəssis nəticədən razı qaldığını bildirib: “Ümumi götürsək, istədiyimiz alındı. Vacib olan nəticəni – qələbəni qazandıq. Moldova millisinin üzvləri fiziki planda güclüdürlər. Onlar daim hərəkətdə idilər”.

Alesio yığmanın hücumçusu Rafael Vilelanın cəzalı duruma düşdüyünü söyləyib: “Narazı qaldığı məqam Vilelanın sarı vərəqə alması oldu. Artıq passivində 3 sarı vərəqə var və o, növbəti oyunda bizə kömək edə bilməyəcək”.

Son yazılar

Yuxarı